Teleaparıcı İlham Mirzəyevə silahlı basqın edən şəxsin anası mətbuata videogörüntü ünvanlayıb. ANS-in məlumatına görə, artıq həbs olunmuş Asif Lyudmila Bahədddin qızı Əliyeva öz müraciətində teleaparıcının oğlunu şərlədiyini bildirir. Ananın sözlərinə görə, Mirzəyevin müdafiəsinə qalxdığı gənc qadın onun öz dayısı qızıdır və öz nüfuzundan istifadə edib oğlunu şərləyir.
İlham Mirzəyev bütün ittihamlara ANS vasitəsilə cavab verdi: "O Asif əslində mənim qaynımın qaynıdır. Yəni mənim həyat yoldaşımın qardaşı arvadının qardaşıdır. Bunların əməllərinə görə neçə ailə artıq dağılmaq üzrədir. Elə bu məsələ üstündə qaynatamın ürəyi partladı öldü. Şəxsən mən dayım qızından qabaq həmin o Asif üçün bacısı Səbinə ilə birlikdə neçə qızın qapısına elçi getmişəm. Lazım olarsa o ailələri də dindirmək olar. Biz öz qızımızı niyə məcbur verməliydik ki? Bizim qız, ərə getməmişdi, dul deyildi, küçədə qalmamışdı. Əxlaqlı, tərbiyəli rayon qızı idi. Onların çoxsaylı minnətlərindən sonra qızımızı vermişik. Və verdiyimizə də peşman olduq. Yəni bunlar evə qız yox, sadəcə oğlanı evlənmək üçün, camaatdan toy edib, pul yığmaq üçün məqam axtarlarmış. Bu məqamın da qurbanı mənim dayım qızı oldu. İndi mən dayım qızının arxasında durmuşam deyə, namusuna yiyə çıxdım deyə başıma bu işlərmi gəlməliydimi?"
Deyirlər ki, onlardan pul istəmişəm. Biz namusumuzu, qeyrətimizi pula satmırıq. Mən dayım qızı kimi çox qadınlarımıza, küçəyə atılmış, namusu tapdalanmış qızlarımıza çox kömək etmişəm. Asif kimi pullu, harınlamış, qeyrəti-namusu pulla alıb-satan dırnaqarası oğlanlara bu dərs olmalıdır. Çünki hər bir qız uşağı gələcəyin anasıdır. Ana müqəddəsdir, bu şərəfli adı qorumaq lazımdır. Mən də dayım qızının timsalında bütün ailəsi dağılan, şərəfi-namusu, qeyrəti alçaldılan xanımlarımıza, qızlarımızdan kömək istəyirəm. Dayım qızının təmiz adının bərpa olunmasına kömək olun.
Niyə 18 yaş özündən kiçik alıb bədbəxt edirdi? 42 yaşında Çini, Dubayı, Rusiyanı gəzən iş adamını aldadıb müqavilə bağlatmsq olarmı? Başa düşə bilmirəm, Azərbaycanda müqavilə bağlamaq nə vaxtdan dəbə düşmüşdü ki, bizim də müqavilə yadımıza. İmkanlı işadamı olduğundan müqavilə ona lazım idi ki, boşananda birdən var-dövlətini qızla bölüşməsin. Bağlanılan müqavilədə boşandıqları halda gəlin köçdüyü ev dayım qızına qalmalı idi. Bunlar da qızı yola vermədilər, sonra da məhkəmənin əli ilə müqaviləni ləğv etdirdilər. Bir sözlə, dayım qızını küçəyə atdılar. Əlbəttə ki, mən də nəslin kişisi kimi dayım qızının arxasında durmalıydım.
Asif Əliyevin anası deyir ki, mən onlardan pul istəmişəm. Yalandır, biz namusumuzu, qeyrətimizi pula satmırıq! Mənə dayımın qızının təmiz adını təmizə çıxarmaq milyonlara dəyər. Başa düşə bilmirəm, məgər dayım qızıdırsa mən onu müdafiə edə bilmərəm. Bütün hüquq-mühafizə orqanları söhbətin dayım qızından getdiyindən xəbərdardı.
Bir də ki, mən o ananın oğlu dayım qızını boşadığı üçün həbs edilməyib. 2 nəfərlə dəstə düzəldib silahla mənə hücum etdiyinə görə ona cinayət işi açılıb. Bizi ölümlə hədələyirdi. İki aya yaxın ailəmlə birlikdə ev dustağı olduq. Asif Əliyev bu cinayətinə görə həbs edilib. Boşanma məsələsinə görə yox.
Başa düşürəm Lyudmila xanımın çıxışını. O anadır, mən göydə Allaha, yerdə bütün analara sitayiş edirəm. Mənim də evimdə Allahım qədər sitayiş etdiyim anam var. Onun döşündən süd verdiyi oğlu cinayət edib, həbs olunub. Neyləməlidir? Əlbətdə ki, şikayət etməlidir. Mən onu çox gözəl başa düşürəm. Əgər mən də cinayət etmiş olsaydım, mənim də anam onun kimi çıxış edə bilərdi. Heç bir ana balasının həbs olunmasını, heç belə dırnağına daş dəyməsini istəməz. Amma o ana unutmamalıdır, bir cinayətkar böyüdüb...
Mən onu deyə bilərəm ki, mən psixoloqam, teleaparıcıyam, jurnalistəm. Mən əlimdə qələm tuturam, bıçaq yox. O üzdən də özümü müdafiə etmək üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Sağ olsun Respublika Prokurorluğu, Bakı Şəhər Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Yasamal rayon Baş Polis İdarəsi, şikayətimə ədalətlə baxdılar. Və bu gün bizim qanunlar alidir. Möhtərəm prezidentimizin siyasətini hüquq-mühafizə orqanları dəstəkləyir. Nəinki mənə, hər bir Azərbaycan vətəndaşına göstərilən diqqəti mənə də göstərirlər. Yəni cinayətkar kimi, quldur quldur kimi, zərərçəkən də zərərçəkmiş kimi tanınır. Bu da demokratik respublikada yaşamağımızın bir nümunəsidir".