"Taliban" yeni hökumətlə bağlı yayılan xəbərləri şayiə adlandırıb
- 03.09.2021, 12:43,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" qruplaşması ölkənin yeni hökuməti barədə yayılan məlumatları təkzib edib.
Live.az Report-a istinadla xəbər verir ki, bu barədə "RİA Novosti"yə "Taliban"ın nümayəndəsi bildirib.
"Yeni hökumətlə bağlı "Taliban"ın adından yayılan məlumatlar həqiqəti əks etdirmir. Yayılan xəbərlər şayiədir", - məlumatda qeyd edilib.
Qeyd edək ki, TASS agentliyi xəbər verirdi ki, “Yeni hökumətə Molla Bəradər başçılıq edəcək”, - "Taliban"dan bildirilib.
Bildirilib ki, Molla Abdul Qani Bəradərlə yanaşı, yeni administrasiyada Molla Yaqub və Məhəmməd Abbas Stanekzay da təmsil olunacaqlar.