İdman TV yeni mövsümə yeni verilişlə başladı


İdman TV yeni mövsümə yeni layihə ilə start verib.

Sentyabrın 1-dən etibarən TV-də “İdman səhər” verilişi yayımlanmağa başlayıb.

İdmanla bağlı əyləncəli informasiya verilişi həftəiçi hər gün saat 9:00-dan 10:00-a kimi efirdə olacaq.

Verilişdə idman sahəsindəki ən son nailiyyətlər, idmançıların həyat və qidalanma tərzi, əldə etdikləri uğurlar barədə danışılacaq, gündəmə uyğun olaraq qonaqlar dəvət olunacaq, idmançıların yarışı təşkil olunacaq.

Veriliş Fərid Ramazanov, Günay Novruzqızı və İqbal Aslanov, Könül Mahmudovanın təqdimatında yayımlanacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri