Həftə ərzində Azərbaycan neftinin orta qiyməti 73 dollara yaxın olub
- 04.09.2021, 14:52,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu həftə ərzində (30 avqust-3 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 72,76 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,62 dollar və ya 3,74% çoxdur.
LİVE.az-ın məlumatına görə, həftə ərzində ən yüksək göstərici (IV gün) – 73,96 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 71,32 dollar səviyyəsində olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.