Kabildə havaya dağınıq atəş açılması nəticəsində ən azı 17 nəfər həlak olub, 41 nəfər yaralanıb
- 04.09.2021, 14:54,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Əfqanıstanın paytaxtı Kabildə havaya atəş açılması nəticəsində ən azı 17 nəfər həlak olub, 41 nəfər yaralanıb.
Yerli “Tolo News” telekanalı xəbər verir ki, şənbə gününə keçən gecə baş vermiş insident zamanı yaralananların əksəriyyəti mülki şəxslərdir.
Əfqanıstan KİV-i bundan əvvəl məlumat yayaraq, “Taliban” hərəkatının döyüşçülərinin müqavimət göstərən Pəncşir əyalətinin tamamilə ələ keçirilməsini bayram etmək məqsədilə havaya dağınıq atəş açdığını bildirmişdi.
Milli Müqavimət hərəkatının nümayəndələri isə “Taliban”ın Pəncşir üzərində nəzarəti tam ələ keçirməsi barədə məlumatları təkzib edib.
Öz növbəsində, “Taliban”ın rəsmi nümayəndəsi Zəbiulla Mücahid özünün “Twitter” səhifəsində döyüşçüləri Kabildə atəşi dayandırmağa çağırıb.
APA