Şirvanda avtomobil hündürlükdən yuvarlanıb, 2 nəfər xəsarət alıb

Şirvanda avtomobil hündürlükdən yuvarlanıb, sürücü ağır yaralanıb. APA-nın məlumatına görə, hadisə ötən gecə Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrliyində qeydə alınıb. Şirvan sakini H.Əlıyev prospekti 17-də yaşayan 1957-ci il təvəllüdlü Dəmırov Tahır Teymur oğlunun idarə etdiyi “QAZ 24” markalı 24 BE 180 dövlət nömrə nişanlı avtombil Kür çayı üzərindən keçən körpüyə yaxınlaşarkən idarəetməni itirib. Nəticədə yolun kənarındakı metal səddi qıraraq yoldan bir neçə metr aşağıya yuvarlanıb. Nəticədə avtomobilin altında qalan sürücü ağır vəziyyətdə tarvmatik şok və kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirlib. Avtomobildə olan sərnişin Şirvan sakini H.Cavid küçəsi küçəsi 18 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Hətəmov Asıf Habıl oğlu vətərin kəsilmiş travması ilə əməliyyat olunub.

Şahidlərin dediyinə görə, asfalt örtüyünün yonulması yolda sürüşkənlik əmələ gətirib ki, bu da avtomobilin yoldan çıxmasına səbəb olub.

Faktla bağlı BDYP-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri