Dövlət büdcəsinin qeyri-neft gəlirləri 2024-cü ildə neft gəlirlərini üstələyəcək - CƏDVƏL

 


2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 26,407 mlrd. manat həcmində olacağı proqnozlaşdırılır. Bu məbləğin 52,4%-i (13,840 mlrd. manat) neft sektorundan, 47,6%-i (12,567 mlrd. manat) isə qeyri-neft sektorunda formalaşacağı gözlənilir.


LIVE.az xəbrə verir ki, APA Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, neft gəlirlərinin əsasını Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) büdcəyə transfertləri təşkil edəcək (85,7% və ya 11,860 mlrd. manat). Qalan hissə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə neft sektoru üzrə daxilolmaların payına düşəcək (14,3% və ya 1,980 mlrd. manat).


Maliyyə Nazirliyinin proqnozlarına görə, dövlət büdcəsinin gəlirlərinin strukturunda neft sektoru liderliyini 2024-cü ilədək saxlayacaq və nəhayət 2024-cü ildə qeyri-neft gəlirləri büdcənin gəlirlərində üstünlük təşkil edərək 51%-ə çatacaq.


Qeyd edilir ki, Neft Fondunun büdcəyə transfertləri tədricən azaldılacaq və qeyri-neft sektorundan əldə ediləcək gəlirlər hesabına əvəzlənəcək. Sözügedən siyasət Fondun aktivlərinin uzunmüddətli dövrdə dayanıqlığını təmin etmək məqsədilə tətbiq olunacaq.





Göstəricilər

2022

2023

2024

2025

Neft gəlirləri, mlrd. AZN və büdcə gəlirlərində payı

13,840

13,510

13,152

12,791

47,6%

49,1%

51%

52,8%

ARDNF-nin transferləri

11,860

11,520

11,180

10,840

Dövlət Vergi Xidmətinin xətti ilə daxiolmalar

1,980

1,990

1,972

1,951

Qeyri-neft gəlirləri, mlrd. AZN və büdcə gəlirlərində payı

12,567

13,029

13,673

14,336

52,4%

50,9%

49%

47,2%

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri