Çavuşoğlu: “İkinci Dünya Müharibəsindən sonra qurulmuş sistem qlobal problemlərə cavab vermir”


“İkinci Dünya Müharibəsindən sonra qurulmuş sistem qlobal problemlərə cavab vermir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu vətəndaş cəmiyyəti nümayəndələri ilə Eskişehirdə keçirilən görüşdə söyləyib.

“Əfqanıstanda problemlər qalmaqdadır. Qonşuluğumuzda belə nümunələr olduğuna görə, bunun nə olduğunu ən yaxşı biz bilirik. Ümumilikdə İkinci Dünya müharibəsindən sonra qurulmuş beynəlxalq sistem qlobal problemlərə cavab vermir. İstər siyasi sistem olsun, istər iqtisadi sistem. Bu beynəlxalq sistem problemlərin həllinə cavab vermir”, - o qeyd edib.



Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri