Avropada qazın qiyməti 950 dolları ötüb
- 15.09.2021, 14:00,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 950 ABŞ dollarını ötüb.
Bu barədə APA ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, 15 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində bir MVt-saat üçün 79 avro təşkil edib (bir kubmetr üçün təqribən 950 dollar).
Avropada rekord qaz qiymətləri artıq bəzi Aİ ölkələrini qaz və elektrik enerjisi tariflərini məhdudlaşdırmaq üçün fövqəladə tədbirlər görməyə vadar edir.
Xatırladaq ki, 14 sentyabr Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 800 dolları ötüb.