Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı artırıb
- 15.09.2021, 14:03,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 57,2 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9% azdır.
LIVE.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-avqust aylarında günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 37,4 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (artım 16,1%).
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 467,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,2% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-avqust aylarında 16 936,8 mln. kVt-saat təşkil edib (artım 7,5%).
Ölkədə istehsal edilən elektrik enerjinin 15 897,2 mln. kVt-saat istilik (artım 7,2%), 945 mln. kVt-saat su elektrik (artım 14,3%) stansiyaların payına düşüb.