Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 6 %-dən aşağı düşüb
- 22.09.2021, 12:19,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 904,2 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 3,55 % azdır.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 1,2 % artıb, son 1 ildə isə 15,1% azalıb.
Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 5,8% təşkil edib. Bu nisbət iyulun sonuna və ötən ilin sonuna 6,1%, ötən il iyulun sonuna isə 7,3% olub.