BMT-nin Baş katibi Ceyhun Bayramovla görüşündə Azərbaycana təşəkkür edib
- 26.09.2021, 13:36,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Bu barədə Baş katibin ofisi məlumat yayıb.
Görüşdə Baş katib BMT-nin Ermənistanla Azərbaycan arasında ikitərəfli dialoqa və sülhməramlı səylərə dəstəyini vurğulayıb. O, həmçinin, bildirib ki, BMT münaqişədən zərər çəkmiş insanlar da daxil olmaqla, əlavə yardım göstərməyə hazırdır.
A.Quterreş Qoşulmama Hərəkatının sədri kimi diplomatik fəaliyyətinə görə Azərbaycana təşəkkür edib.
Qeyd edək ki, bundan əvvəl BMT Baş katibi ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub. Bir gün əvvəl isə hər iki ölkənin XİN başçıları 2020-ci ilin noyabrından bəri ilk dəfə olaraq Nyu -Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər.
APA