Azərbaycandan Gürcüstana aparılan ceyranların populyasiyası 200-ü ötüb
- 28.09.2021, 12:29,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanda Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) və Azərbaycan hökumətinin fəal dəstəyi ilə həyata keçirilən ceyranların populyasiyasının bərpası üzrə birgə layihə uğurla davam etdirilir.
LIVE.az Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata əsasən, Samux vadisində ceyranların artıq yeddinci nəsli dünyaya gəlib və onların ümumi sayı 200-ü ötüb.
Qeyd olunub ki, ceyranların populyasiyasının bərpası üzrə layihəyə 2013-cü ildə başlanılıb. Azərbaycanın Şirvan Milli Parkından 10 ceyran Gürcüstana gətirilib və onilliklər ərzində ilk dəfə tarixi mühitə - Samux vadisinə buraxılıb.
Ceyranların populyasiyasının bərpası gürcü ekoloqların əsas prioritetlərindən biridir.