“Brent” neftinin qiyməti son 3 ildə ilk dəfə 80 dolları ötüb



Dünya bazarlarında “Brent” markalı neftin qiyməti 2018-ci il oktyabrın 23-dən sonra ilk dəfə olaraq 80 ABŞ dolları səviyyəsini ötüb. Buna dünyada xammala olan tələbin təklifi üstələməsi səbəb olub.

LİVE.az “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 08.16-ya olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,85% bahalaşaraq, 1 bareli 79,36 ABŞ dollarına satılıb. “Brent” neftinin noyabr fyuçerslərinin qiyməti isə 0,83% artıb və 1 bareli 80,19 ABŞ dolları təşkil edib. Gün ərzində qiymət 80,35 ABŞ dollarına çatıb.

WTI neftinin noyabr fyuçerslərinin qiyməti 0,85% bahalaşaraq, 1 bareli 76,09 ABŞ dolları təşkil edib.

Qiymət artımı dünyada təklifin asta templərlə artması fonunda xammala olan tələbin yaxşılaşması perspektivləri ilə bağlıdır. Bazarlar həmçinin OPEC-in yeni proqnozunu gözləyirlər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri