Nikol Paşinyan: "Müharibədən sonra Ermənistan iqtisadiyyatı faciəli vəziyyətdədir"
- 30.09.2021, 14:12,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“44 günlük müharibə nəticəsində Ermənistan iqtisadiyyatı və sosial həyatında yaranan faciəli vəziyyət hələ aradan qalxmayıb”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 30-da dövlət büdcəsinin müzakirəsi zamanı bildirib. Bu barədə Report Aysor-a istinadən xəbər verib.
O, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkiləri ilə daxili siyasi böhranın aradan qalxdığını söyləyib: “Təhlükəsizliyə böyük diqqət yetirəcəyik. Çünki onsuz uzunmüddətli inkişaf məqsədlərinə çatmaq mümkün deyil. Bu mənada təkcə ordunun, müdafiə qabiliyyətinin modernləşdirilməsi deyil, həm də Ermənistan ətrafında əlverişli xarici mühitin yaradılması, Ermənistan, Qarabağ və region üçün dinc inkişaf dövrünün açılması gündəminin ardıcıl şəkildə həyata keçirilməsi lazımdır”.