Konfrans Liqası: "Qarabağ"ın futbolçusu ən yaxşı qolun müəllifi seçilib


UEFA Konfrans Liqasında qrup mərhələsinin II tur oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.

Live.az-ın məlumatına görə, azarkeşlər arasındakı səsvermə nəticəsində "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə "Omoniya"ya vurduğu ilk qol ən yaxşı seçilib. Həmin qol 52-ci dəqiqəyə təsadüf edib.

Braziliyalı yarımmüdafiəçi 90+4-cü dəqiqədə də fərqlənərək, dubl müəllifi olub.

Qeyd edək ki, "Qarabağ" rəqibini 4:1 hesabı ilə yenib.
Şərhlər
İdman bölməsinin xəbərləri