Təbrizdə xəstəxanada girov saxlanıldığı bildirilən azərbaycanlı körpə ailəsinə verilib
- 07.08.2013, 16:04,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Təbrizin Şəhid Mədəni xəstəxanasında müalicə alan və bir neçə gün ərzində girov saxlanılan 5 aylıq Emil Məlikov dünən valideynlərə təhvil verilib.
İranın Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki, səfirlik xəstəxana rəhbərliyi ilə əlaqə saxlayıb.
Xəstəxanadan mətbuatda gedən məlumatları təkzib edərək bildiriblər ki, uşağın əməliyyatı üçün valideynlərinə endirim edilib və əməliyyat olunandan sonra o, ailəsinə təhvil verilib: “Hazırda Emilin səhhətində heç bir problem yoxdur”.
Qeyd edək ki, mətbuatda Emil Məlikovun Təbrizin Şəhid Mədəni xəstəxanasında girov saxlanılması barədə məlumatlar yayılıb. Bunun səbəbi kimi xəstəxananın körpənin ürəyindən əməliyyatı üçün əlavə pul tələb etməsi və valideynlərin əvvəlcədən razılaşdırılmamış məbləği ödəyə bilməməsi göstərilib.