Çempionlar Turu: Rəcəbov Karlsenə, Məmmədyarov Giriyə qalib gəlib




Norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində bu gün VII turun görüşləri keçirilir.


Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov dünya çempionu Karlsenlə üz-üzə gəlib. Görüş Rəcəbovun qələbəsi ilə yekunlaşıb - 3:1. İlk 2 görüşünü heç-heçə ilə başa vurmuş 34 yaşlı qrossmeyster sonrakı 2 qarşılaşmasından qələbə ilə ayrılıb. Nəticədə Rəcəbov 3:1 hesablı qalibiyyət əldə edib.

Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Giri ilə qarşılaşıb. Məmmədyarov birinci və üçüncü görüşlərini qələbə, ikinci görüşünü heç-heçə ilə başa vurub. Nəticədə dördüncü duelə ehtiyac olmayıb və azərbaycanlı qrossmeyster 2,5:0,5 hesabı ilə qalib gəlib.

Digər qarşılaşmalarda polşalı Yan-Kşiştof Duda rusiyalı Vladislav Artemyevi üstələyib - 2,5:1,5. Ermənistanlı Levon Aronyan isə ABŞ təmsilçisi Uesli Sodan üstün olub.

Hazırda fransalı Maksim Vaşye-Laqrav ilə ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura arasında görüş davam edir.
Şərhlər
İdman bölməsinin xəbərləri