İlin əvvəlindən qeyri-neft ixracı 40 faiz artıb - Mikayıl Cabbarov



Bu ilin əvvəlindən Azərbaycanın qeyri-neft ixracı 40 faiz artıb.

LIVE.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda çərşənbə günü keçirilən tədbirdə deyib.

Nazirin sözlərinə görə, koronavirus pandemiyası bütün dünya ölkələrinin iqtisadiyyatına, səhiyyə sisteminə və digər sahələrə mənfi təsir edib. Pandemiya Azərbaycana da təsirsiz ötüşməyib və bunun Azərbaycan iqtisadiyyatına mənfi təsirinin qarşısını almaq üçün dövlət tətəfindən zəruri tədbirlər görülüb.

M.Cabbarov bildirib ki, bu məqsədlə 2.7 milyard dollar dəyərində sosial və iqtisadi dəstək paketi tətbiq edilib.

Nazir qeyd edib ki, 2021-2022-ci illərdə Azərbaycan iqtisadiyyatının bərpa dövrü olacağı nəzərdə tutulur: “Bu il Azərbaycanda ÜDM 3.6 faiz artıb, qeyri-neft sahəsində artım daha çox olub. İlin əvvəlindən qeyri-neft ixracı 40 faiz artıb. Azərbaycanın iqtisadi artım proqnozlarına yenidən baxılaraq yüksəldilib”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri