Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb
- 06.10.2021, 14:49,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin 9 ayı ərzində valideyn nimayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə altsisteminə 286 müraciət daxil olub.
Bu barədə Sosial Xidmətlər Agentliyindən APA-ya bildirilib. Qeyd edilib ki, bu il Agentlik tərəfindən 86 uşaq övladlığa verilib ki, onlardan 41-i oğlan, 45-i qızdır.
Qeyd edək ki, Prezidentin müvafiq fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən bu sahə ilə əlaqədar fərmanın nəzərdə tutuduğu öhdəlikləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Ötən ildən bu sahədə fəaliyyətin aparılması ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə tapşırılıb. Bu fəaliyyət elektronlaşdırılıb və hazırda fəaliyyət göstərən adoption.mlspp.gov.az altsistemi vasitəsilə övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi təmin edilib.
Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığa verilən uşaqların mütəmadi olaraq monitorinqi həyata keçirilir.