Bakıda müəllim əvvəl özünü bıçaqlayıb, sonra isə 9-cu mərtəbədən atıb

Bakıda riyaziyyat müəllimi özünü bıçaqlayaraq çoxmərtəbəli binadan atıb.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Paytaxt məktəblərindən birində riyaziyyat müəllimi işləyən 1953-cü il təvvəlüdlü Məzahir Əli oğlu Əhmədov özünü bıçaqlayıb, sonra isə binanın 9-cu mərtəbəsindən ataraq intihar edib.

Hazırda intiharın baş vermə səbəbləri araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri