Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək
- 12.10.2021, 13:33,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden Qarabağı müzakirə edəcək.
Bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Milliyyət” qəzetinə müsahibəsində bildirib.
“ABŞ-la geniş əlaqələrimiz var. Prezidentlərin görüşündə ikitərəfli siyasi və iqtisadi əlaqələr, enerji, təhlükəsizlik, terrorla mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şərqi Aralıq dənizi və digər regional və qlobal məsələlər müzakirə olunacaq. Liderlər bu mövzuları əsas başlıqlar altında müzakirə edəcəklər. İstədiyimiz odur ki, iki strateji tərəfdaş və müttəfiq ölkə müsbət gündəmlə bu məsələləri müzakirə etsin. Razılaşmadığımız məsələlər isə danışıqlar və dialoq yolu ilə həll edilməlidir”, - İ. Kalın vurğulayıb.
Qeyd edək ki Türkiyə və ABŞ prezidentləri arasında görüş G-20 sammiti çərçivəsində İtaliyanın paytaxtı Romada keçiriləcək.
APA