Bu il Bakıda baş verən yol qəzalarında 188 nəfər ölüb

Cari ilin ilk yeddi ayında paytaxtda baş verən yol qəzalarında 188 nəfər ölüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin inspektoru, polis leytenantı Elvin Məmmədlinin APA-ya verdiyi məlumata görə, cari ilin yanvar ayının 1-dən avqustun 3-nə qədər Bakıda 585 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalarda 188 nəfər ölüb, 630 nəfər yaralanıb.

E. Məmmədli, həmçinin qeyd edib ki, hesabat dövründə 1766 nəfər sərxoş , polisin qanuni göstərişinə tabe olmayan 1268, işıqforun qırmızı işığında keçən 7996 və avtoxuliqanlıqla məşğul olan 165 nəfər sürücü haqqında inzibati protokol tərtib edilib.

Bundan əlavə, 78266 nəfər piyada yol-hərəkət qaydalarını pozduqlarına görə cərimələnib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri