Pərviz Şahbazov: “Azərbaycan Türkiyə və Avropaya qaz tədarükünü artırmağı planlaşdırır”
- 14.10.2021, 12:53,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2022-ci ildə Azərbaycan Avropa və Türkiyəyə qaz ixracını 16 milyard kubmetrə qədər artırmağı planlaşdırır.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Biz Türkiyəyə Avropa istiqamətində qaz tədarük edirik. Cənub Qaz Dəhlizi ilə 16 milyard kubmetr qaz tədarük etməyi planlaşdırılıb. Son nəticədə illik tədarükü 16 milyard kubmetr həcminə çatdıracağıq. Gələn il Türkiyə və Avropaya qaz ixracı tam həcmdə olacaq. Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz göndəriləcək”, - o bildirib.
Energetika naziri deyib ki, Azərbaycan 2023-cü ildən Türkiyəyə 3,5 milyard kubmetr həcmində əlavə qaz tədarükü barədə razılığa gəlib.
2021-ci ilin aprelində başa çatmış müqaviləyə əsasən, Türkiyə hər il Bakı-Tbilisi-Ərzurum boru xətti ilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağından 6,6 milyard kubmetr qaz tədarük edirdi.
Azərbaycan qazı Türkiyəyə Cənubi Qafqaz Boru Kəməri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə nəql edilir.
Report