Hikmət Hacıyev: "Ermənistan geniş əraziləri susuz qoymuşdu"
- 16.10.2021, 12:27,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Suqovuşanı işğal edən Ermənistan geniş əraziləri susuz qoymuşdu”.
Live.az report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə bir yerdə işğaldan azad olunan bölgələrə səfəri ilə bağlı tviter səhifəsində yazıb.
“Prezident İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpus nümayəndələri ilə bir yerdə 2020-ci ilin 10 noyabr tarixindən bu yana sayca 7-ci dəfədir Azərbaycanın azad edilən torpaqlarına səfərə çıxırıq. Bu dəfə yolumuz Suqovuşan və Talışa oldu. Suqovuşanı işğal edən Ermənistan geniş əraziləri susuz qoymuşdu”, - H.Hacıyev paylaşımında qeyd edib.