BTC kəməri ilə 223 mln. tondan artıq Azərbaycan nefti nəql olunub

BTC kəməri ilə 223 mln. tondan artıq Azərbaycan nefti nəql olunub Bu ilin iyul ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 559 379 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən APA-ya verilən məlumata görə, bu, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 17,1% çoxdur.

Bu ilin yanvar-iyul aylarında bu kəmərlə 17 739 955 ton neft ötürülüb ki, bu da ötən ilin analoji dövrünə nisbətən 0,8% azdır. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il avqust ayının 1-ə qədər BTC-yə 223 191 769 ton neft vurulub.

Bundan başqa, cari ilin iyul ayında BTC kəməri ilə 251 713 ton Türkmənistan nefti nəql olunub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri