Ukraynada azərbaycanlı biznesmen qətlə yetirilib

Lvov (Ukrayna) vilayətinin Jovkva şəhərciyində azərbaycanlı biznesmen qətlə yetirilib.

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, onu yaralı halda xəstəxanaya çatdırsalar da, həkimlərin səyləri nəticə verməyib və iş adamı vəfat edib.

Bu barədə dərhal polisə məlumat verilib. Faktla bağlı cinayət işi açılıb. Məlumata görə, azərbaycanlı iş adamının vilayətdə moteli və barı fəaliyyət göstərir. Mərhumun ad və soyadı açıqlanmır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri