20 nömrəli məktəb-lisey bağlanıb, 20 şagird, 15 müəllimdə koronavirus aşkarlanıb


Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.


Bakı Şəhəri üzrə Təhsil idarəsindən APA-ya verilən xəbərə görə, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.


Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Şərhlər
Sosial bölməsinin xəbərləri