Sahil Babayev: "Ölkə Prezidentinin yeni sərəncamı 1 milyon 800 min vətəndaşı əhatə edəcək"


"Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam 1 milyon 800 min vətəndaşı əhatə edəcək.

LIVE.az-ın APA-za istinadla verdiyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginlə birgə brifinq zamanı bildirib. Onun sözlərinə görə, sosial islahat kimi bu, çox vacibdir.

Nazir deyib ki, sərəncamdan irəli gələrək hazırlanan yeni layihələr yaxın günlərdə Nazirlər Kabineti və Prezidentə, eyni zamanda büdcə layihəsi kimi Milli Məclisə təqdim ediləcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri