“Mədəniyyət” telekanalına yeni direktor təyin olunub

 

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” telekanalına yeni direktor təyin olunub.

"AzTV"nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "life.az"a verilən məlumata görə, bununla bağlı QSC-nin sədri Rövşən Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova (Ülviyyə Könül) QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyin edilib.

O, 2019-cu ilin oktyabrından indiyə qədər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.

Qeyd edək ki, əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. O, mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri