“Dyuna” filminin nümayışi başladı






Kinoteatrların yenidən fəaliyyətə başlamasından cəmi 20 gün keçməsinə baxmayaraq, Park Cinema şəbəkəsi artıq yüksək səviyyəli premyeraların nümayişi ilə bağlı ikinci tədbirini keçirib. Noyabrın 14-də Park Cinema Metropark-da "Venom-2" filminin xüsusi bir nümayişi keçirilmişdisə, bu dəfə qonaqlar “Dyuna” filminin bağlı nümayişinə təşrif buyurub.

Dune, rejissor Deni Vilnev tərəfindən çəkilmiş və Frenk Herbertin eyniadlı əsərin ekranizasiyasıdır. Bu dəfə "Suiqəstçi", "Gəliş", "Blade Runner 2049" filmləri ilə yadda qalan 54 yaşlı fransız, Timoti Şalame, Rebekka Fergüson, Oskar Ayzek, Coş Brolin, Xavyer Bardem, Ceyson Momoadan ibarət rəngli aktyorl ansamblini topladı. Filmin bəstəkarı isə əfsanəvi Hans Zimmerdir.


“Çox şadıq ki, azərbaycanlı tamaşaçılar Vilnevun bu əsərini izləyə biləcəklər. Təəssüf ki, pandemiya və onun səbəbindən gələn karantina görə bir neçə yüksək səviyyəli premyeralara baxmaq imkanından məhrum olduq, lakin indi bu çatışmamazlığı aradan qaldırmaq istəyirik. Sonda əsası odur ki, hamı sağlam olsun. Məhz bu səbəbdən tamaşaçılarımızı girişdə covid pasportlarını göstərməyə çağırırıq. Əminliklə deyə bilərəm ki, həm premyeralarımıza, həm də adi seanslarımıza gələn hər qonağın ya iki dozalı covid pasportu, ya da immunitet sertifikatı, ya da əks-göstərişlər sertifikatı var”, - deyə şəbəkənin PR xidmətinin rəhbəri Rüstəm Fətəliyev bildirib. .

O, həmçinin qeyd edib ki, azərbaycanlı tamaşaçılar “Dune” filminə IMAX formatında yalnız “Park Cinema Flame Towers” kinoteatrında baxa biləcəklər. “Onu da xatırladım ki, kinoteatrımızda hər həftənin bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günü “Super günlər” keçirilir, biletlərin qiyməti 3,30 manatdan başlayır”, - Fətəliyev deyib.

"Dune" filminin ilk tamaşaçıları arasında aktyorlar Taleh Yüzbəyov, Elcan Rəsulov, Əlixan Rəcəbov, Fuad İskəndərov, rejissorlar Samira Cəfərova, Emin Mirabdullaev və digər şou-biznes nümayəndələri var idi.









 



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri