Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi azalıb
- 07.08.2013, 19:35,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu ilin iyul ayı ərzində 2 448 233 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Azərbaycan Dövlət Neft Şirkətindən APA-ya verilən məlumata görə, bu həcmin 1 791 146 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
Bu, Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15,9% azdır.
Bu ilin yanvar-iyul aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 17 452 251 ton olub ki, bu da ötən ilin ilk yeddi ayına nisbətən 1,4% azdır.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-cü il avqust ayının 1-ə qədər Ceyhan limanından 221 119 205 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.