“Avropa İttifaqı Azərbaycan üçün” adlı fotosərginin bağlanışı
- 22.10.2021, 12:58,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi 21oktyabr Dənizkənarı Milli Parkda “Avropa İttifaqı Azərbaycan üçün” adlı sərginin bağlanış mərasimini keçirib.
LIVE.az xəbər verir ki, Nümayəndəliyin rəhbəri, Avropa İttifaqına Üzv Dövlətlərdən Almaniya, Belçika, Litva, Slovakiya, Çex Respublikası, Polşa və Bolqarıstanın Azərbaycandakı səfirləri, “Gənc Avropa Səfirləri” şəbəkəsinin üzvləri, Aİ tərəfindən maliyyələşdirilən layihələri həyata keçirən beynəlxalq təşkilatların və yerli tərəfdaşların, eləcə də KİV nümayəndələri tədbirdə iştirak ediblər.
Aİ ilə Azərbaycan arasındakı tərəfdaşlığın uzunmüddətli tarixə malik olduğunu vurğulayan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko belə deyib: "Bu sərgi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın nə qədər müxtəlif yönümlü olduğunu nümayiş etdirməyə kömək etdi. Bütün bunlar Azərbaycanın dövlət qurumları və vətəndaş cəmiyyəti ilə uğurlu tərəfdaşlığımızın nəticəsidir. Avropa İttifaqı və Üzv Dövlətlər benefisiarların uğuruna və bütövlükdə ölkənin inkişafına töhfə verə bildiklərindən çox məmnundurlar və bununla qürur duyurlar".
Qeyd edək ki, 23 sentyabr tarixində ictimaiyyətə açıq eland edilmiş sərginin keçirilməsində məqsəd Aİ-nin Azərbaycanda göstərdiyi yardım və tədbirlər barədə məlumatlandırmanı artırmaq idi.
Sərgidə nümayiş olunan 100-dən çox fotoşəkildə Azərbaycanda kənd yerləri və regionların inkişafı, ailə biznesi, inklüziv təhsil, qadın sahibkarlığı və s. kimi sahələrdə Avropa İttifaqının maliyyələşdirdiyi layihələr, müxtəlif mədəniyyət tədbirləri, həmçinin bu layihələrdən faydalanmış insanların uğur hekayələri öz əksini tapıb.
“Avropa İttifaqı Azərbaycan üçün” adlı sərgi cari ilin 25 oktyabr tarixinə kimi davam edəcəkdir. Sərgi Bakı Bulvarında "Park Bulvar" TM-nin yaxınlığında açıq havada yerləşən şəkil qalereyasında keçirilir.