"Pfizer-BioNTech" peyvəndinin uşaqlarda effektivlik dərəcəsi açıqlanıb



"Pfizer-BioNTech" peyvəndinin uşaqlarda effektivlik dərəcəsi açıqlanıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, ABŞ Qida və Dərman Mərkəzinin araşdırmaları nəticəsində peyvəndin 5-11 yaş arası uşaqlarda effektivliyinin 90,7 faiz olduğu məlum olub.

Araşdırma ilə 5-11 yaş arası 2 268 uşağın üç həftə ara ilə normal dozanın 1/3 hissəsi ilə peyvəndləndiyi və onlarda immun sisteminin yarandığı müəyyən edilib.

ABŞ Qida və Dərman Departamenti oktyabrın 26-da 5-11 yaş qrupu üçün peyvəndin təsdiq edilib-edilməyəcəyinə qərar vermək üçün bir araya gələcək. 5-11 yaş arası uşaqlar üçün peyvənd təsdiq edilərsə, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi peyvəndlərin necə tətbiq edilməsinə dair tövsiyələr vermək üçün noyabrın 2-3-də görüş keçirəcək.

Həmçinin "Pfizer-BioNTech" peyvəndinin üçüncü gücləndirici dozasının effektivliyinin 95,6 faiz olduğu qeyd edilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri