Balduin filmin çəkilişləri zamanı həlak olan operatorun vida mərasimində iştirak edib



Aktyor Alek Balduin film çəkilişlərindəki atışma səhnəsində aldığı xəsarətdən bir gün əvvəl dünyasını dəyişən operator Qalina Hatçinslə özəl vida mərasiminə qatılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Santa Fe (şəhərində keçirilən mərasimdə Balduindən başqa, 42 yaşlı Hatçinsin əri və oğlu iştirak ediblər.

Vida mərasimi mərhumun ailəsi üçün ianələr toplayan beynəlxalq kino işçiləri gildiyası tərəfindən təşkil edilir.

Xatırladaq ki, oktyabrın 22-də ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər silahlı hadisə nəticəsində həlak olub, daha bir nəfər yaralanıb. Hadisə tapançadan atəş vaxtı baş verib. Belə ki, silah boş patronlar tərəfindən doldurulmalı imiş. Atəş zamanı filmin rejissoru körpücük sümüyündən yaralanıb, 42 yaşlı qadın operator Alina Xatçins isə ağır xəsarət alıb və helikopterlə Albukerk şəhərinin xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Santa-Fe dairəsi şerifinin ofisi çəkiliş meydançasında rekvizitin tətbiqi ilə bağlı hadisənin olmasını təsdiqləyib. O, qeyd edib ki, atəşi elə aktyor Alek Bolduinin özü açıb. Hələlik aktyora qarşı ittiham irəli sürülməyib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri