Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı olub


Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı olub


Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışı olub.

Rəsmi açılış mərasimində Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Prezidentlər açılış simvolu olan qırmızı lenti birgə kəsiblər.


///

Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyev qarşılayıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

  Füzuli aeroportunda ilk rəsmi qarşılanma mərasimi təşkil olunub.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

///

13:24


Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.


///

Türkiyə Prezidenti  Azərbaycana səfərə yola çıxıb 


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Dövlət başçısını Ankaradakı Esenboğa Hava Limanından Ankara valisi Vasip Şahin və digər məsul şəxslər yola salıblar.

R.T.Ərdoğanı səfərdə milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın müşaiyət edirlər.

R.T.Ərdoğanın səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq.
Şərhlər
Siyasət bölməsinin xəbərləri