Azərbaycan Dünya Bankı ilə işğaldan azad edilmiş ərazilərin bərpası üzrə əməkdaşlığı müzakirə edib

  


Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb.

Nazir bu barədə “Twitter” hesabında yazıb.

O qeyd edib ki, görüşdə birgə həyata keçirilən layihələrin icra vəziyyəti, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə Bankla əməkdaşlıq imkanlarını və yeni layihələri müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri