Məşhur ukraynalı jurnalist Gürcüstana buraxılmayıb
- 27.10.2021, 14:54,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynanın tanınmış jurnalisti Dmitri Qordonun Gürcüstana daxil olmasına icazə verilməyib.
LIVE.az Report-a istinadla xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Bildirilib ki, həyat yoldaşı ilə Tbilisiyə gələn jurnalist hava limanında saxlanılıb. Onların hər ikisinin Ukraynaya geri döndüyü bildirilir.
D.Qordon deyib ki, onlara Gürcüstana buraxılmamalarının səbəbi bildirilməyib.
Qeyd edək ki, D.Qordon Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin tərəfdarıdır. O, siyasətçinin azad edilməsini tələb edir. Jurnalistlə yanaşı M.Saakaşvilinin ukraynalı vəkili, Kiyevdəki ofisinin rəhbəri və Ukraynadan gələn daha bir neçə nəfər Gürcüstana buraxılmayıb.