Əcnəbilər yol hərəkəti ilə bağlı Azərbaycan ərazisində cəriməni necə ödəyirlər?
- 27.10.2021, 18:01,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yol hərəkəti haqqında cərimələrin ödənilməsi ilə bağlı yerli vətəndaşla, əcnəbi vətəndaş arasında heç bir fərq qoyulmur.
Bunu Trend-ə açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, əcnəbi vətədaşlar da törətdikləri qayda pozuntularına uyğun olaraq cərimələrini ödəyirlər: "Bu cərimələr elektron protokol formasında yazılır. Bu protokolun seriyasının banklarda, poçtlarda, internet üzərindən və başqa ödəniş terminallarında daxil etməklə ödəniş etmək mümkündür. Əcnəbilər ölkəmizdə avtomobili idarə etmək üçün ya nəqliyyat vasitəsini öz adlarına keçirdirlər, ya da etibarnamə ilə avtomobili idarə edirlər. Buna görə də əcnəbi vətəndaşların cəriməni ödəməsində problem yoxdur.
Bəzən elə olur ki, ölkəmizə müvvəqqəti gələn əcnəbilər qəza törədirlər, qayda pozurlar sonra isə ölkəni tərk edirlər. Belə halda çox vaxt cəriməni almaq mümkün olmur. Ona görə elə sistem qurulmalıdır ki, əcnəbilər məsuliyyətdən kənar qalmasın. Bununla bağlı qanunlar təkmilləşdirilir. Hər hansı ölkədən bizim ölkəmizə daxil olan nəqliyyat vasitəsi ərazimizdə xəta törədirsə, ölkəmizi tərk edərkən mərkəzi informasiya sistemində onun cəriməsi görünür və cərimə ödəndikdən sonra həmin nəqliyyat vasitəsinin ölkəni tərk etməsinə icazə verilir. Dünya ölkələrində də təcrübə belədir."