UEFA Çempionlar Liqasında "pley-off" iştirakçıları məlum olub

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün keçirilən 8 oyunla bu mərhələ başa çatıb.

Danimarka təmsilçisi “Norsyelland”a səfərdə minimal hesabla qalib gəlmiş Rusiyanın “Zenit” klubu doğma azarkeşləri önündə rəqibini 5 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, keçirilən qarşılaşmalaradan sonra aşağıdakı klublar pley-off mərhələsinə vəsiqə qazanıb:

“Bazel” (İsveçrə), “Styaua” (Rumıniya), “Maribor” (Sloveniya), “Şaxtyor” (Qazaxıstan), “Fənərbaxça” (Türkiyə), “Ludoqorets” (Bolqarıstan), “Lion” (Fransa), “Austriya” (Vyana, Avstriya), “Zenit” (Rusiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Metallist” (Ukrayna), “Seltik” (Şotlandiya), “Viktoriya” (Çexiya), “Legiya” (Polşa), PSV (Hollandiya).


Çempionlar Liqası
III təsnifat mərhələsi (cavab oyunu)
7 avqust


"Hafnarfyordur” (İslandiya) - “Austriya” (Vyana, Avstriya) 0:0
İlk oyun - 0:1

“Zenit” (Rusiya) - “Norsyelland” (Danimarka) 5:0
İlk oyun - 1:0
QOL: Şirokov, 26, 90, Hulk, 50, Danni, 62, Arşavin, 68

“Şerif” (Moldova) - “Dinamo” (Zaqreb, Xorvatiya) 0:3
İlk oyun - 0:1
QOL: Fernandes, 10, Əl Arbi, 27, Kop, 61.

“Metallist” (Ukrayna) - PAOK (Yunanıstan) 1:1
İlk oyun - 2:0
QOL: Blanko, 72 - Tomas, 83.

“Elfsborq” (İsveç) - “Seltik” (Şotlandiya) 0:0
İlk oyun - 0:1

“Viktoriya” (Çexiya) - “Nomme Kalyu” (Estoniya) 6:2
İlk oyun - 4:0
QOL: Pavel, 20, 44, 62, Stanislav, 58, Tomas, 71, Vaqner, 82 - Damiyano, 10, 69

“Legiya” (Polşa) - “Molde” (Norveç) 0:0
İlk oyun - 1:1

“Sulte Varegem” (Belçika) - PSV (Hollandiya) 0:3
QOL: Matavz, 56, Bakkali, 73, Bruno, (avtoqol).
İlk oyun - 0:2
Şərhlər
İdman bölməsinin xəbərləri