Hüquqi şəxslərin dövlət qeydiyyatı elektronlaşdırılır
- 29.10.2021, 21:19,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Kommersiya qurumları və publik hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndəriləcək.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Milli Məclisdə qəbul edildikdən sonra qanunun 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.