Romada "G-20"liyin sammiti başlayıb
- 30.10.2021, 13:47,
- Dünya / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İtaliyanın paytaxtı Romada dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş 20 ölkəsinin (“G-20”lik) sammiti başlayıb.
LIVE.az TASS-a istinadən xəbər verir ki, toplantı iki gün davam edəcək.
Sammit iştirakçılarını İtaliyanın Baş naziri Mario Draqi qarşılayıb.
Toplantıda ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron, Hindistanın Baş naziri Narendra Modi və başqaları iştirak edirlər.
Rusiya Prezidenti Vladimir Putin Romaya getməyib. O, sammitdə video-konfrans formatında iştirak edəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İtaliyanın paytaxtındadır və iclasda iştirak edir.
Zirvə toplantısının gündəliyində koronavirusa qarşı mübarizə, pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın inkişafı və iqlim böhranına dair məsələlər yer alıb.