Həmir Herisçi və İlhamiyyə Rzayeva AzTV-də veriliş aparmağa başladı

  


Tanınmış jurnalistlər Həmid Herisçi və İlhamiyyə Rzayeva Azərbaycan Televiziyasında yeni layihəyə start veriblər.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən LİVE.az-a verilən məlumata görə, bu həftədən start götürən veriliş “Gec də olsa” adlanır.

Həftəiçi hər gün gecə yarısı efirə gedən verilişdə KİV-də gündəlik yayımlanan, sosial şəbəkə platformalarında tirajlanan xəbərlər təhlil olunacaq, görünməyən tərəflərinə işıq salınacaq.

Verilişin əsas mövzusunu günün ən aktual məsələləri, ölkədə və dünyada baş verən mühüm hadisələr təşkil edir.
Gündəmdə olan məsələlər bəzən verilişə dəvət olunan ekspertlərlə birlikdə təhlil olunacaq.



Veriliş canlı yayımlanacaq.

Həmid Herisçi yeni layihə ilə bağlı açıqlamasında bildirib ki, bu verilişlə tamaşaçıları təəccübləndirmək istəyirlər: “Tamaşaçını təəccübləndirmək çətindir, amma biz çalışacağıq ki, bunu bacaraq”.

İlhamiyyə Rzayeva isə həyat yoldaşı ilə birlikdə veriliş aparmağın üstünlük olduğunu deyib: “Ailə olmağımız bu barədə bizim üstünlüyümüzdür. Tamaşaçı bizi belə sevir. Birlikdə verilişlər aparmağımızı uğurlu format hesab edirəm.

Verilişin gecə yarısı yayımlanmasına gəldikdə isə, bu saatın da öz tamaşaçısı var. Biz gecə tamaşaçımızı da geri qaytarmağa çalışacağıq”.


Şərhlər
Sosial bölməsinin xəbərləri