ABŞ və Türkiyə prezidentləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
- 31.10.2021, 17:07,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Prezidenti Rəcəb Tayyib arasında bu gün keçirilən görüşdə Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub.
Luve.az APA-ya istinadla verdiyi məlumata görə, bu barədə Ağ Evdən bildirilib.
Qeyd edilib ki, C. Bayden və R. T. Ərdoğan arasında keçirilən görüşdə Cənubi Qafqazda diplomatik səylər gündəmə gəlib.
Eyni zamanda görüşdə Əfqanıstanda humanitar durum, yardımların çatdırılması, Liviyada seçkilər, Aralıq dənizindəki vəziyyət də müzakirə olunub. Türkiyənin ötən 20 il ərzində Əfqanıstanda sülhməramlı əməliyyatda töhfələrinə görə təşəkkür edən C. Bayden Türkiyənin Rusiyadan S-400 Zenit-Raket Sistemi almasından narahatlığını da bir daha dilə gətirib. Türkiyənin ABŞ-dan F-16 qırıcı təyyarələr almasına dair təklifinə gəlincə, C. Bayden bununla bağlı ABŞ-da müvafiq prosedurların keçilməsi lazım gəldiyini qeyd edib.