Azərbaycanda 23 yaşlı oğlan xalasının ərini qətlə yetirib

Bakıda 23 yaşlı oğlan xalasının ərini qətlə yetirib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1990-cı il təvəllüdlü Sahib Həsənov xalasının əri, 1974-cü il təvəllüdlü Nuriyev Tofiq Əlisafa oğlunu aralarında yaranan münaqişə zəminində bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən S. Həsənov polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri