Qırğız Prezidentinin təyyarəsi Böyük Britaniyaya buraxılmadı
- 01.11.2021, 17:43,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qırğız Respublikası Prezidenti Sadir Japarovun SSRİ-Rusiya istehsalı “TU-154” tipli təyyarəsi Avropa İttifaqı və Böyük Britaniyada qüvvədə olan standartlara uyğun gəlmədiyi üçün BMT İqlim Dəyişikliyi Sammitinin keçirildiyi Qlazqo şəhərinə buraxılmayıb.
“Report” “Sputnik Kyrgyzstan”a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası Prezident Administrasiyasından bildiriblər.
Nəticədə Prezident və nümayəndə heyəti Qlazqo şəhərinə getmək üçün “Embraer Lineage 1000” tipli özəl təyyarə kirayələməli olub.