Azərbaycana gətirilən hibrid avtomobilləri ƏDV-dən azad edilir
- 03.11.2021, 13:33,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycana gətirilən hibrid avtomobilləri Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilir.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.
Qeyd edək ki, Azərbaycanda ƏDV-nin dərəcəsi 18% təşkil edir.