Şahmar Mövsümov: “Azərbaycan pandemiya ilə mübarizədə şanslıdır”
- 04.11.2021, 16:46,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Koronavirus (COVID-19) pandemiyası ötən il dünya iqtisadiyyatına böyük ziyan vurub. Azərbaycanda da ümumi daxili məhsul (ÜDM) 4,3% azalıb”.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yeni dünya iqtisadiyyatı” mövzusunda panel müzakirələrində deyib.
“Azərbaycan hökuməti iqtisadiyyatı qorumaq üçün lazımi tədbirlər həyata keçirib, ÜDM-in daha çox azalmasının qarşısını almaq üçün 2 milyard manat vəsait ayırıb. Azərbaycan pandemiya ilə mübarizədə şanslıdır, çünki ölkənin valyuta ehtiyatları var və lazımi qədər vəsait ayıra bilib, üstəlik digər ölkələrə də humanitar yardım göstərib”.
Report