"Qarabağ" avrokuboklarda tarixi nailiyyətə imza atıb
- 05.11.2021, 02:16,
- Idman / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.
Buna İsveçrə "Bazel"inin IV tur matçında Kiprdə "Omoniya" ilə heç-heçə etməsi səbəb olub.
Günün ilk oyununda Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin H qrupunda ilk 2 sıradan birini tutacağı dəqiqləşib. Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan "köhlən atlar" "Omoniya" (2 xal) və "Kayrat" (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan "Bazel" də növbəti mərhələyə adlayıb.
Beləliklə, "Qarabağ" avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Qeyd edək ki, Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.
////
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı 4-cü sınağında Qazaxıstanda "Kayrat"ın qonağı olub. Almatı şəhərindəki "Ortalık" stadionunda oynanılan qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bakıda olduğu kimi, səfərdə də "Kayrat"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ" xallarını 10-a çatdırıraq liderliyə yüksəlib.
Qeyd edək ki, qrupun digər matçında İsveçrə "Bazel"i Kiprdə "Omoniya" ilə qarşılaşacaq. Qonaqlar həmin görüşdə uduzmasalar, "Qarabağ" pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.