“Qarabağ” Avroliqanın pley-off mərhələsinə yüksəlib
- 09.08.2013, 12:06,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avqustun 8-də Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Bu turdakı yeganə təmsilçimiz “Qarabağ” növbəti oyununa çıxıb. Ağdam klubunun rəqibi İsveç təmsilçisi “Gefle” olub.
Bakıda 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri rəqibini Skandinaviyada da məğlub edib. Komandamız hər hissədə 1 qol vuraraq 4-cü təsnifat mərhələsinə yüksəlib.
Ağdamlıların hər iki qolunu braziliyalı legionerləri vurub. Reynaldo isveçlilərlə ilk oyundakı kimi yenə fərqlənməyi bacarıb.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (cavab oyunu)
“Gefle” (İsveç) – “Qarabağ” (Azərbaycan)- 0:2
QOLLAR: Çumbinyo, 41, Reynaldo da Silva, 50
ilk oyun - 0:1
Baş hakim: Stefan Klossner (İsveçrə).
Sundsvall. “Norrporten Arena”.
APA